“Qalatasaray”ın argentinalı futbolçusu Mauro İkardi özünə qarşı boşanma müraciəti edən Vanda Naraya cavab verib. Bu dəfə 31 yaşlı hücumçunun özü İtaliyada Naraya qarşı məhkəməyə müraciət edib.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, futbolçunun vəkilləri Valeriya De Vellis və Rafael Rigitano məhkəmə prosesində İkardini müdafiə edəcək. Cütlüyün məhkəməsi növbəti ilin martında baş tutacaq.
Qeyd edək ki, Mauro İkardi və Vanda Nara arasında baş verən son qalmaqaldan sonra, 38 yaşlı model öz ölkəsinə, yəni Argentinaya geri dönüb. Vanda Nara ötən həftə boşanma ilə bağlı müraciət etmişdi. Marqarita pizza
2014-cü ildə ailə quran və iki qızı olan Nara-İkardi cütlüyünün qalmaqalı bir müddətdir davam edir.
Telegram kanalımız