İki azərbaycanlı qardaş koronavirusdan vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

İki azərbaycanlı qardaş koronavirusdan vəfat etdi

Hadisə

05 Fevral 2021 08:18 853


Ukraynada Azərbaycan diasporunun ən fəal nümayəndələrindən biri, daim ölkəmizin haqq səsinə səs vermiş, ölkəmiz adına keçirilən tədbirlərdə yaxından iştirak edən Seymur Məhərrəmov “Covid-19” virusundan dünyasını dəyişib. Daha öncə Seymur Məhərrəmovun qardaşı İltifat Məhərrəmov da koronavirusdan dünyasını dəyişmişdi.

“Yeni Sabah” Teleqraf.com-a istinadla xəbər verir ki, Məhərrəmov qardaşları fəal vətəndaş mövqeyinə və ölkənin ictimai-siyasi həyatında yaxından iştirakına, sülhpərvər və xeyriyyəçilik fəaliyyəti ilə Ukraynada daim diqqət mərkəzində olublar.

Hər iki şəxs Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmovun əmisidir. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!