İki azyaşlı uşağı döyən ögey anaya qarşı cinayət işi açıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

İki azyaşlı uşağı döyən ögey anaya qarşı cinayət işi açıldı - Video

Hadisə

25 Avqust 2021 23:02 1146


Üç il əvvəl analarını itirən Nuranə və Tofiq Zərbəliyevlərin ataları və ögey anaları tərəfindən şiddətə məruz qaldığı iddia edilir. 

Uşaqların nənəsi Zəminə Həsənova iddia edir ki, ögey ana nəinki uşaqları döyüb hətta onlarl ac da saxlayıb. 

Gəncədə yaşayan nənə baş verənlərdən yalnız Ağstafaya, uşaqları ziyarətə gedəndə xəbər tutub.  Pepperoni pizza

“Birinci Nuranənin bədənindəki göyərmə izlərini gördüm. Soruşdum bu nədir? Mənə cavab verdi ki uşaqdır, yıxılıb. Tez Tofiqi özümə çəkib onun bədəninə baxdım ki, onda da yara izləri var” – deyə, Zəminə Həsənova qeyd edib.

Azyaşlıların atası Samir Zərbəliyev bildirib ki, bunların hamısı uşaqlara tərbiyyə vermək məqsədi ilə edilib. 

Uşaqlara şiddət göstərməkdə iddiham edilən Səadət Mehralıyevaya isə artıq cinayət işi açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!