İki cüdoçumuz Avropa çempionatının finalında 

saytların hazırlanması

Evə çatdırılma

İki cüdoçumuz Avropa çempionatının finalında 

İdman

06 Sentyabr 2024 16:58 491


Azərbaycanın iki cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında finala yüksəlib. 

Yenisabah.az xəbər verir ki, Vüsal Qələndərzadə (73 kiloqram) yarımfinalda gürcüstanlı Mate Beruaşvili, Süleyman Şükürov (81 kiloqram) isə ukraynalı İqor Tsurkanı məğlub edib. 

Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, bolqarıstanlı Dimitar Qospodinov və gürcüstanlı Aleksandre Loladzeni sınağa çəkəcəklər.  pizza mizza

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Könül Əliyeva (48 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) isə gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!