Azərbaycanın iki idmançısı Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatının finalına yüksəlib.
Yenisabah.az xəbər verir ki, Həsrət Cəfərov (67 kq) səkkizdəbir finalda portuqaliyalı Pedro De Moraisə tam üstünlüklə qalib gəlib. Dörddəbir finalda norveçli Havard Yorgensen ilə qarşılaşan güləşçimiz qalib gəlib. Onun növbəti mərhələdə rəqibi türk Murat Fırat olub. Görüşünü qələbə ilə başa vuran pəhləvanımız finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə gürcüstanlı Coni Xetsuriani ilə üz-üzə gələcək
Səkkizdəbir finalda ukraynalı Andrey Kulikə qalib gələn Ülvi Qənizadə (72 kq) dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu, yarımfinalda türk Selçuk Canı üstələyib. Həlledici görüşdə təmsilçimizin rəqibi fransalı İbrahim Qanem olacaq. Dominos pizza
Üçqat Avropa çempionu Rafiq Hüseynov (82 kq) səkkizdəbir finalda isveçrəli Mark Veberə şans verməyib. Güləşçimiz dörddəbir finalda ermənistanlı Samvel Qriqoryan ilə gərgin keçən mübarizədən də qalib ayrılıb. R.Hüseynov yarımfinalda türk Burhan Akbudaka uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə Branko Kovaçeviç (Serbiya) - Roland Şvarts (Almaniya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Telegram kanalımız