Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında (DÇ) yarımfinala yüksəlib.
Yenisabah.az xəbər verir ki, 67 kq-da Həsrət Cəfərov uğurlu çıxış edib. O, ilk görüşdə Edson Qutyerresdən (Meksika) üstün olub - 8:0. H.Cəfərov 1/8 finalda macar İştvan Vançı 5:1 hesabı ilə üstələyib. 1/4 finalda onun rəqibi iranlı olimpiya çempionu Məhəmmədrza Geraini olub. Cəfərov güclü rəqibinə heç bir şans verməyib. 10:0 hesabı ilə vaxtından əvvəl qələbə qazanan 20 yaşlı idmançımız yarımfinala adlayıb.
87 kq-da İslam Abbasov isə erkən dayanıb. İlk görüşdə moldovalı Viorel Burduya 5:1 qalib gələn idmançı 1/16 finalda Bəşir Sid Azardan güclü olub. Hesab 1:1 olsa da, güləşçimiz əlavə göstəricilərə görə mərhələ keçib. Lakin o, 1/8 finalda David Losonçiyə (Macarıstan) uduzub - 0:8. pizza mizza
Qeyd edək ki, bu gün 63 kq-da Murad Məmmədov da yarımfinala adlayıb./Oxu.az
Telegram kanalımız