İki güləşçimiz dünya çempionatında bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

İki güləşçimiz dünya çempionatında bürünc medal qazandı

İdman

22 Oktyabr 2022 22:57 1037


Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov bu gün əvvəlcə təsəllivericə görüşə çıxmalı idi.

Ancaq Şri-Lanka təmsilçisi Lahiru Vadiqe qarşılaşmaya çıxmayıb. Azərbaycan pəhləvanı bürünc medal uğrunda görüşdə qırğızıstanlı Orozobek Toktomambetova 8:5 hesabıyla qalib gələrək dünya üçüncüsü olub. Dördpendirli pizza

97 kq çəkidə güləşən İslam İlyasov isə gürcüstanlı Andro Margişvilini 7:0 hesabı ilə üstələyərək mükafata yiyələnib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!