“İki gün əvvəl balalarımı cəbhəyə göndərdim”   - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“İki gün əvvəl balalarımı cəbhəyə göndərdim” - Əməkdar artist

Şou

06 Oktyabr 2020 13:26 4557


Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun düşmən təxribatını dəf etmək məqsədilə təşkil etdiyi əks-hücum nəticəsində ermənilərə sarsıdıcı zərbələr vurulur, kəndlərimiz bir-birinin ardınca erməni işğalından azad olunur. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Yusif Mustafayev cəbhə bölgəsində olan əsgərlərə yardım etdiyini bildirib:

“Hamımız Azərbaycan torpağının balasıyıq, hamımız sevincliyik. Allah dövlətimizi, əsgərlərimizi qorusun. Bundan böyük nə sevinc ola bilər? Mən özüm də yardımlar edirəm. İki gün bundan əvvəl balalarımı göndərdim getdilər cəbhəyə yardım üçün, hansı bölgəyə getdiklərini demirəm, Allah şahiddir. “Ford” avtobusuna ləvazimatları yüklədim, birbaşa ən yüksək nöqtəyə yollandılar. Apardılar əşyaları təhvil verdilər, müəyyən məbləğ də yardım etdim. Məbləği açıqlamaq istəmirəm, çünki sonra söyüşlər yazırlar. Biz bu vətənin oğluyuq, hər birimiz bacardığımızı etməliyik, Allah tezliklə bizi sevindirsin”. Toyuqlu pizza

Müğənni qeyd edib ki, bundan sonra geriyə addım atmaq olmaz:

“Qəti geri addım atmaq olmaz. Bizim dünyaya dərs verə biləcək Prezidentimiz var. Onların qərarı nə olsa, razılaşacağıq. Ancaq mən düşünürəm ki, bu yoldan geri qayıtmaq düzgün deyil. Çünki biz gələcək nəsillərə ilan yuvası saxlamamalıyıq, onları təmizləməliyik ki, bir dəfəlik millətimiz rahat olsun. Nə qərar verilsə razı olacağıq, amma mən də bu xalqın nümayəndəsi kimi istəmərəm ki, döyüşlər dayansın”.  

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!