Türkiyənin məşhur aktrisası Pınar Altuğ özündən 9 yaş kiçik əri Yağmur Atacan ilə bağlı səmimi açıqlamalar verib.
Yenisabah.az xəbər verir ki, aktrisa həyat yoldaşı ilə ailə qurmaq istəmədiyini dilə gətirib:
“Həyat yoldaşım maqazindən, sosial şəbəkələrdən uzaq, vecsiz biridir. Yeni münasibət qurmağa başladığımız zamanlarda bir dostumla tanış etdim. “Uşaq üzlüdür, nə etdiyini bilirsən” deyə soruşdu. “Əlbəttə. Evlənəsi deyiləm, 2 gün əylənib, ayrılacağam” cavabını verdim. Aramızdakı yaş fərqi heç vaxt problem olmayıb. Bu haqda heç vaxt danışmamışıq. “Eyni yaşlı insanların münasibəti davamlı olur” deyə bir qayda yoxdur. Biz xoşbəxtik”. pizza
Qeyd edək ki, cütlük “İlk aşkım” adlı serialının çəkilişi zamanı tanış olub. Serialda Pınar Yağmurun ögey anası obrazını canlandırıb. Onların Su adlı qızı var. /Musavat.com
Telegram kanalımız