“İki gündür oxuyana da “sənətkar” deyirlər”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“İki gündür oxuyana da “sənətkar” deyirlər” - VİDEO

Şou

19 Fevral 2025 15:19 208


"İnsan üçün ən dəyərli şey zamandır. O zamanı da bu gün efirlərdə dəyərsizləşdiriblər".

Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Tarixin bir günü" verilişində deyib. O, illərdir səhnədə olan müğənnilərlə yeni sənətə gələnləri eyni tutan və onları da "sənətkar" adlandıran aparcıları tənqid edib:

"Bir dəfə demişəm ki, mən olmayan yerdə adımı çəkməyin. Heç nədən başı çıxmayana da Mətanət Əsədovadan sual verməyin. Heç olmasa, oxumaqdan bir az da olsa, alnayışı varsa, fikir bildirə bilər. Elə adamlara mənim haqqımda sual verirlər ki, istəyirəm ekrandan içəri girim ki, dayanın, siz nə edirsiniz? Ona da "sənətkar" deyib əl çalırlar, buna da. Ona da deyirlər səndən yoxdur, buna da. Nə olub, nə xəbərdir? Hıçqıra-hıçqıra oxuyanlar var, elə bil tikə qalıb boğazında ona da deyir "sənətkar". Kənardan baxanda deyəcək ki, həmin şəxs aparıcıya nəsə edib, ya da verib. Sən aparıcısan, ondan niyə çəkinirsən? Niyə ona yaltaqlanırsan? O boyda universiteti bitir, kanal rəhbəri efirdə bu böyüklükdə yer versin ki, gəlib yaltaqlıq edəsən, özünü kiminsə qarşısında aşağılayasan? Bu, nə deməkdir? Efir bitəndən sonra saatlarla həmin adamı telefonda qınayıram ki, bəsdirin, yığışdırın özünüzü. Ona görə də sənətçilər küsüb oturub evdə. Brilliant Dadaşova (Xalq artisti - red.) sənətkardır. Yeganə sənətçidir ki, konsertinə bilet alıb getmişəm. Ona da deyək sənətkar, iki gündür oxuyana da? Mən elə aparıcılardan şübhələnirəm. Ya qorxur, ya umduğu nəsə var. Ona görə də efirdə yoxam. Sual verirlər: Bunun qiyməti nədir? Bu yaxşı oxuyur, ya o? Nəyimə lazımdır? Bilmirsən ki, kim necə oxuyur, ara vurursan? Mən onlarla məhkəmədə üz-üzə gəlməliyəm ki, aparıcılıqdan xəbəri olmayan ara qızışdır?". Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!