İki ildə qiymətlər bu qədər artıb – Müqayisəli fotolar

saytların hazırlanması

Evə çatdırılma

İki ildə qiymətlər bu qədər artıb – Müqayisəli fotolar

İqtisadiyyat

21 Fevral 2023 12:29 3730


Paytaxtdakı market və mağazalarda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərində bahalaşma davam edir. 

Bahalaşma ilə bağlı yaşanan ictimai narazılıqdan sonra qiymət artımları daha səssiz şəkildə həyata keçirilir və demək olar ki, hər gün məhsullarda 1-3 qəpik artım olur.

Artıq yağın, digər süd məhsullarının, yumurtanın, təmizlik vasitələrinin, konservləşdirilmiş ərzaq məhsullarının qiymətində bahalaşma özünü aydın şəkildə göstərir. Marqarita pizza

Yenisabah.az paytaxt marketlərində son 2 il ərzində dəyişən bəzi məhsulların qiymətlərini təqdim edir:

Məhsulun adı

2021-ci il fevral-mart

2023-cü il fevral

Portağal 1 kq

1.79 azn

2.19 azn

Soğan 1 kq

0.69 azn

1.39 azn

Çəhrayı pomidor 1 kq

1.69 azn

5.39 azn

25% xama 180 qr

2.35 azn

3.09 azn

“Bizim tarla” tomat pastası – 720 qr

2.94 azn

3.55 azn

“Bizim tarla” badımcan kürüsü – 660 qr

3.75 azn

4.15 azn

“SHAAN” Basmati düyü – 1.75 kq

6.69 azn

8.39 azn

“Bizim tarla” yaşıl noxud – 680 ml

2.99 azn

4.19 azn

Final zeytun-qarğıdalı qarışıqlı yağ 1L

6.88 azn

9.45 azn

“Gerda” kərə yağı 1 kq

16.50 azn

21.35 azn

“Ovçular” külləmə sosis  1 kq

9.79 azn

13.15 azn

Qrilyaj konfet 1 kq

18.10 azn

22.09 azn

 

 

Əsmətxanım Rzazadə

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!