İki konfet oğurlayan şəxsə 10 il həbs cəzası

saytların hazırlanması

Evə çatdırılma

İki konfet oğurlayan şəxsə 10 il həbs cəzası

Hadisə

13 Dekabr 2020 11:31 1184


Slovakiyada mağazadan iki şokolad konfet oğurlayan kişi buna görə 10 il həbs cəzasına məhkum edilə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə “TV Markíza” telekanalı məlumat yayıb.

Koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimi ilə əlaqədar prokurorluq həmin şəxsə məhz belə bir cəza verilməsini tələb edir. Eyni zamanda, həmin şəxsin yaxınları belə bir cəzanın törədilmiş cinayət faktına uyğun gəlmədiyini düşünürlər. Onlar kömək üçün Slovakiya prezidenti Zuzana Çaputovaya müraciət etməyi planlaşdırırlar. pizza hut

Bildirilir ki, oğurlanmış konfetlərin qiyməti bir neçə avro olub. Bundan əlavə, həmin kişi oğurluqdan sonra hadisə yerindən qaçmağı da bacarmayıb. APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!