İki məşhur bioloq vəfat etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İki məşhur bioloq vəfat etdi - Fotolar

Sosial

17 Oktyabr 2025 18:23 447


Azərbaycanda 2 məşhur bioloq vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, Azərbaycanın görkəmli alimləri biologiya elmləri doktoru, professor, Mərkəzi Nəbatat Bağına 20 ildən çox rəhbərlik etmiş Arif Əli oğlu Bayramov və Biologiya üzrə fəlsəfə doktoru, dosent Ağa Şıxıyev vəfat ediblər. Sezar pizza

Qeyd edək ki, Arif Bayramov 1980-ci ilin axırlarından 2000-ci ilədək Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Arif Bayramov 1938-ci ildə Bakıda anadan olub.

Ağa Şıxıyev isə 1941-ci ildə Bakı şəhərində anadan olub. O, AMEA Botanika İnstitutunun "Bitki ehtiyatları" şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru idi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!