İki nazir işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

İki nazir işdən çıxarıldı

Dünya

09 İyun 2025 08:58 362


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın müdafiə naziri Ruslan Jaqsılıkovu vəzifəsindən azad edib. Müdafiə Nazirliyinin yeni rəhbəri daha əvvəl müdafiə nazirinin müavini – Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanı vəzifəsini icra edən Dauren Kosanov təyin olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, Tokayev nəqliyyat naziri Marat Karabayevin də vəzifədən azad edilməsi barədə qərar verib. Qeyd edək ki, prezident ona daha əvvəl töhmət elan etmişdi. pizza

Qazaxıstan Nəqliyyat Nazirliyinə kimin rəhbərlik edəcəyi barədə isə hələlik məlumat verilməyib./Bizim.Media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!