İki nazir və vitse-prezidentdə virus tapıldı – İranda

saytların hazırlanması

Evə çatdırılma

İki nazir və vitse-prezidentdə virus tapıldı – İranda

Sağlamlıq

12 Mart 2020 09:22 728


İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri, eləcə də iki nazir koronavirus infeksiyasına yoluxub.

“TASS” yazır ki, bu ölümcül virusa yoluxmuş iranlı məmurların siyahısını dərc edən “Fars” agentliyi bununla bağlı məlumat yayıb.

Söhbət Turizm, Mədəni irs və Sənətkarlıq naziri Əli Əsgər Munesan və Ticarət, Sənaye və Mədənlər naziri Rza Rəhmanidən gedir. Siyahıda, həmçinin İran rəhbəri və ali lider administrasiyasının üzvü Məhəmməd Cavad İrəvaninin də adı yer alıb. Toyuqlu pizza

Bundan əlavə, İran parlamentinin indiki və ya seçilmiş səkkiz millət vəkilinin adları da siyahıda dərc olunub. Onlardan ikisi – seçilmiş millət vəkili Fatimə Rəhbər və Məclisin hazırkı üzvü Məhəmməd Əli Ramazani xəstəlikdən ölüb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!