İki nəfər Bakı sakinini döyərək 540 manatını aldı

saytların hazırlanması

Evə çatdırılma

İki nəfər Bakı sakinini döyərək 540 manatını aldı

Kriminal

04 İyun 2022 18:24 1294


Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə iyunun 3-də Əmircan qəsəbəsində iki nəfərin Bakı şəhər sakini V.Mehdiyevi döyərək 540 manat məbləğində pulunu almaları barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Həsənov və əvvəllər məhkum olunmuş K.Talıbov müəyyənləşdirilərək saxlanılıblar.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!