İki nəfərin ölümündə təqsirli bilinir   - Məhkəmə olacaq 

saytların hazırlanması

Evə çatdırılma

İki nəfərin ölümündə təqsirli bilinir - Məhkəmə olacaq 

Kriminal

16 Aprel 2020 14:17 478


Yevlax rayonunda 2 nəfərin ölümünə səbəb olan sürücünün cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib. 

“Yeni Sabah”ın xəbərinə görə, Nəbizadə Tural Əhməd oğlunun məhkəmə prosesinə hakim Günay Cavadova sədrlik edəcək. 

2019-cu il dekabrın 18-də saat 18:00 radələrində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Yevlax rayonu ərazisində Gəncə şəhər sakini Tural Nəbizadənin idarə etdiyi “Hyundai” markalı 06-AC-183 dövlət nömrə nişanlı avtomobilin Goranboy rayon sakini Elman Musəvinin idarə etdiyi “Mitsubishi Lancer” markalı 43-BC-806 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində sonuncu avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər -1975-ci il təvəllüdlü Cəlal Rüstəmov və 1967-ci il təvəllüdlü İlqar Namazovun vəfat etmələri faktına görə Yevlax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.  Toyuqlu pizza

Aparılmış istintaqla hadisənin T.Nəbizadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!