İki oğlunu dənizdə batmaqdan xilas edən ata danışdı   - Video

saytların hazırlanması

Evə çatdırılma

İki oğlunu dənizdə batmaqdan xilas edən ata danışdı - Video

Hadisə

22 İyul 2024 11:50 839


Bilgəh çimərliyində ata son anda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən iki oğlunu xilas edib. Hadisə ötən gün baş verib. 

27 yaşlı Tural Gülməmmədov və onun 30 yaşlı qardaşı Orxan Gülməmmədov dənizdə çimərkən qəflətən batmağa başlayıblar. 

Övladlarının boğulduğunu görən ata dənizə girərək onları ölümdən xilas edə bilib.  pizza

Hər iki şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Hadisə barədə "Xəzər Xəbər"ə danışan ata Adil Gülməmmədov deyib ki, onlara nə isə olsa idi, özünü bağışlaya bilməzdi.

Vəziyyəti yaxşı olan böyük qardaş Orxan hadisənin saniyələr içində olduğunu və hər şeyin ani baş verdiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!