İki ölkə razılığa gəldi -   Müharibə dayandırılır

saytların hazırlanması

Evə çatdırılma

İki ölkə razılığa gəldi - Müharibə dayandırılır

Dünya

19 Oktyabr 2025 09:20 396


Pakistan və Əfqanıstan arasında Dohada keçirilən danışıqlar zamanı dərhal atəşkəsin elan olunması barədə razılıq əldə edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

“Danışıqlar zamanı tərəflər dərhal atəşkəs barədə razılığa gəliblər”, - nazirlikdən bildirilib. Marqarita pizza

Sənədi Əfqanıstan və Pakistanın müdafiə nazirləri Məhəmməd Yaqub Mücahid və Xavaca Asif, həmçinin Qətər və Türkiyə nümayəndələri imzalayıblar. Münaqişə tərəflərinin nümayəndə heyətləri atəşkəs rejimini qorumaq və ona tam əməl etmək üçün yaxın günlərdə məsləhətləşmələr aparmağa razılaşıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!