İki qardaşdan imtahanlarda möhtəşəm nəticə -   Video

saytların hazırlanması

Evə çatdırılma

İki qardaşdan imtahanlarda möhtəşəm nəticə - Video

Sosial

16 Avqust 2019 06:50 1316


Bu il Ali məktəblərə keçirilən qəbul imtahanlarında Sumqayıtda 1 ailənin 2 övladı 694 balla Məhəmməd, 676 balla Əli Ağamalıyev əkiz qardaşlar hər 2-si Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə qəbul olublar. 

“Yeni Sabah” xəbər verir ki, kurikulum sistemi üzrə keçirilən ilk imtanlarda çox abituriyent çətinlik çəksə də Məhəmməd bütün sualları tam 700 bala uyğun cavablandırıb, lakin 35-ci sualın cavabını cavab kartında qeyd edərkən həyəcandan 34-cü sualın cavabının yerinə qeyd etmək istəməsi və mexaniki bir səhvə yol verməsi ona ən yüksək nəticə göstərməyə imkan verməyib. 

Onu da qeyd edək ki, Məhəmməd qəbul imtahanlarının həm də 1-ci mərhələsi olan 11-ci sinif buraxılış imtahanından 300 bal toplayaraq maksimum nəticə göstərib Orta təhsillərini fərqlənmə attestatı ilə başa vuran Məhəmməd və Əli Ağamalıyevlər Sumqayıtdakı Texniki və Təbiət Elmləri Liseyinin məzunlarıdırlar.  pizza sifarişi

Seçdikləri ixtisas üçün ilk imtahanda topladıqları bal yetərli olduğu üçün nə Məhəmməd, nə də Əli təkrarən yay qəbul imtahanlarına qatılmayıblar.

Əkiz qardaşlar Məhəmməd və Əli Ağamalıyevlərə gələcəkdə də tibb sahəsində böyük uğurlara imza atmalarını diləyirik

Xeberle.com-a istinadən videoreportajı təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!