Astarada iki qardaşın evindən eyni gündə oğurluq edən həmkəndlilər saxlanılıb.
Bununla bağlı Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Astara rayonunun Ərçivan qəsəbə sakini E.Məstiyev Rayon Polis Şöbəsinə müraciət edərək, axşam saatlarında evindən 300 manat pul və qızıl-zinət əşyalarının oğurlandığını deyib. pizza mizza
Astara RPŞ-nin əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Onların Ərçivan qəsəbə sakinləri Hüseyn Hüseynov və İmaməli Məmmədov olduqları müəyyən edilib.
Aparılan araşdırmalarla həmin şəxslərin eyni gündə zərərçəkmişin qardaşının evindən də pul və qızıl-zinət əşyası oğurladıqları məlum olub. Oğurlanan qızıl əşyalar aşkarlanaraq, maddi sübut kimi götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Telegram kanalımız