İki rayonda yaşıllıqların qanunsuz kəsilməsi təbiətə 18 min manatdan çox ziyan vurdu

saytların hazırlanması

Evə çatdırılma

İki rayonda yaşıllıqların qanunsuz kəsilməsi təbiətə 18 min manatdan çox ziyan vurdu

Sosial

08 Avqust 2025 19:20 341


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi və İmişli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd olunub ki, araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 18 min 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. pizza hut

Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!