İki uşaq atası özünü güllələdi

saytların hazırlanması

Evə çatdırılma

İki uşaq atası özünü güllələdi

Kriminal

13 Aprel 2019 16:26 980


Masallıda güllələnmə hadisəsi baş verib. Hadisə gecə saatlarında rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

2 uşaq atası olan kənd sakini, 34 yaşlı Rafael Valeh oğlu İbişov özünə məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində döş nahiyəsindən xəsarət alıb.

O, qohumlarının köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb. pizza mizza

Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Döş nahiyəsindən güllə çıxarılan R.İbişov əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!