Azərbaycanda 7 vəkil cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 7 vəkil cəzalandırıldı

Siyasət

01 Oktyabr 2025 15:08 415


Azərbaycanda yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılıb.

Bu barədə “Yeni Sabah”a Vəkillər Kollegiyasının Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qurumun Rəyasət Heyətinin iclası keçirilib. Toplantıda Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılıb. Onların Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib. Marqarita pizza

Həmçinin 2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib və 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!