İki vəzifəli şəxs narkotikə görə cinayət məsuliyyətinə cəlb edildi

saytların hazırlanması

Evə çatdırılma

İki vəzifəli şəxs narkotikə görə cinayət məsuliyyətinə cəlb edildi

Kriminal

04 Avqust 2020 11:01 1025


Bu ilin 6 ayında narkotiklərlə bağlı 1933 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Yenisabah.az bildirir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu məlumat yayıb.

Məlumata gorə, məsuliyyətə cəlb olunanlardan 16-18  yaşadək 4 nəfər, 18-25 yaşadək 170 nəfər, 26-29 yaşadək 341 nəfər, 30 yaş və ondan yuxarı isə 1418 nəfər təşkil edib. Sezar pizza

Məsuliyyətə cəlb olunanlardan 85-i  fəhlə, 5-i qulluqçu, 2-si vəzifəli və maddi məsul şəxs, 2-si nəqliyyat işçisi, 3-ü kənd təsərrüfatı işçisi, 9-u əvvəllər xüsusi qeydiyyatda olan, 545-i əvvəllər cinayət törətmişlər, 1307-si işləməyən, 1890-ı  kişi, 43-ü qadın, 49-u isə  xarici ölkə vətəndaşı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!