“İkinci dalğa daha ölümcül olacaq”   – ABŞ rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“İkinci dalğa daha ölümcül olacaq” – ABŞ rəsmisi

Sosial

22 Aprel 2020 11:07 777


Koronavirus pandemiyasına yoluxanların sayı hər gün artır. Artıq dünyada 2 milyon 550 min insan koronavirus daşıyıcısı kimi qeydə alınıb. 

Yenisabah.az xəbər verir ki, pandemiyanın hazırda ən geniş yayıldığı ölkə ABŞ-dır. ABŞ-ın Koronavirusla Mübarizə Qurumunun direktoru Robert Redfild ölkədəki son vəziyyətlə bağlı mətbuata açıqlama verib. 

Onun sözlərinə görə, növbəti aylarda ölkədə koronavirus ikinci dalğası gözlənilir: "Növbəti dalğa hazırkı dalğadan daha ölümcül olacaq. Gələcək qış ayları isə bu ilkindən ağır olacaq. Qrip mövsümü ilə virus toqquşan bilər. Mən deyəndə heç kim ciddi qəbul etmir, lakin eyni dövrdə iki nəfəs yolu infeksiyasının olması sağlamlıq sisteminizə ciddi zərər verə bilər. Rəsmilər sosial məsafə və əl yumanın önəmini vurğulamalıdırlar".  pizza

Qeyd edək ki, ABŞ-da pandemiya səbəbilə ölənlərin sayı 40 mini keçib. İnfeksiya daşıyıcılarının sayı isə 820 mindən çoxdur. 

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!