İkinci dəfə evlənən Hüseyn: “Hamı məni təhqir etdi“

saytların hazırlanması

Evə çatdırılma

İkinci dəfə evlənən Hüseyn: “Hamı məni təhqir etdi“

Şou

11 Mart 2021 18:08 1158


"İnsanlar fərqli yerə bölünüb. Kimsə təhqir etdi, kimsə tənqid. Şəxsi həyatla gündəmə gəlmək fikrim olmayıb. Çalışmışam düzgün musiqi təqdim edim, sənət göstərim. Bir ara bütün konsertləri mən ifa edirdim. Amma onda gündəmdə deyildim".

Yenisabah.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Birə-bir" proqramında deyib. Musiqiçi ikinci dəfə ailə qurmasına görə təhqir edildiyini söyləyib:

"Gündəmə gəlmək istəsəydim, paylaşmalı çox şey var. Kimsə, hansısa izləyici məni qınayırsa, açıqlama verməliydim. Bildirməliydim ki, başqa mövzudur". Toyuqlu pizza

Qeyd edək ki, Hüseyn ilk həyat yoldaşı İnci ilə ötən il ayrılıb. O, ikinci dəfə aktrisa Aysel İbrahimova ilə ailə qurub. Musiqiçinin birinci nikahdan iki qız övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!