İkinci əl avtomobil almaq istəyənlərin nəzərinə: Qiymətlər ucuzlaşıb - Video

saytların hazırlanması

Evə çatdırılma

İkinci əl avtomobil almaq istəyənlərin nəzərinə: Qiymətlər ucuzlaşıb - Video

Avto

15 Aprel 2020 20:50 2852


Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi nəticəsində hazırda avtomobil satış bazarları və avtosalonların fəaliyyəti müvvəqqəti dayandırılıb.

Yenisabah.az xəbər verir ki, avtomobil satışı üzrə ekspert Sərxan Qədirovun sözlərinə görə, bu səbəbdən maşın alqı-satqısı ilə məşğul olan şəxslər ikinci əl avtomobilləri elan saytlarında satırlar. Avtomobillərini təcili satmaq istəyənlərin çox olması isə qiymətlərin ucuzlaşmasına gətirib çıxarıb.

Sərxan Qədirov bildirib ki, digər ölkə istehsalı olan avtomobillərin qiymətində nisbətən ucuzlaşma müşahidə edilsə də, Rusiya istehsalı avtomobillərin qiyməti dəyişməz olaraq qalır. Buna səbəb isə bu avtomobillərin alınmasına təlabatın çox olmasıdır. pizza hut

Ekspert tövsiyə edib ki, ikinci əl avtomobil almaq istəyənlər üçün hazırki vəziyyət daha əlverişlidir.

Xəzərxəbər.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!