Uzun illər boyu qəbul edilməyən bi sıra hüquqi aktlar var ki, bu il də qəbul edilməyib.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb.
O, İKT sektrounun, rəqəmsal sahibkarlığın və innovasiyaların inkişafına kömək ola biləcək bir sıra qanun və qərarların yenə növbəti ilə saxlanıldığını vurğulayıb: pizza hut
“Bu il də sahə ilə əlaqəli bir sıra hüquqi-normativ aktlar var ki, onların qəbulu ilə bağlı konkret vaxt müəyyən olunsa da, indiyədək də qəbul edilməyib :
1. Rəqabət Məcəlləsi - 15 ildir ki, maraqlı tərəflər bunun qəbuluna imkan vermir.
2. Vençur maliyyələşmə və “Vençur fondlar haqqında” Qanun.
3. İnnovasiyaların inkişafı haqqında Strategiya.
4. İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəszilik haqqında Strategiya.
5. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun.
6. “Kriptovalyuta ticarətinin nizamlanması haqqında” Qanun.
7. Elektron ticarətin ƏDV-dən azad edilməsi haqqında qərar.
8. “Elektron ticarət haqqında” Qanunun yenilənməsi (2005-də qəbul edilib).
9. Şəxsiyyət vəsiqələrində e-imzanın aktiv edilməsi haqqında qərar.
10. Dronların qeydiyyatı və istifadəsi Qaydaları.
11. Dövlətə məxsus yeraltı və yerüstü rabitə resurslarından istifadə qaydaları.
12. Start-up meyarlarının müəyyən edilməsi haqqında qərar.
13. İKT sektorunda müstəqil tənzimləyici qurum olan Milli Telekommunikasiya Şurasının yaradılması haqqında qərar.
14. Distant təhsilin təşkili qaydaları və s…”
Telegram kanalımız