İlahə Fəda ona “qocalmısan” deyənlərə əsəbiləşdi - Video

saytların hazırlanması

Evə çatdırılma

İlahə Fəda ona “qocalmısan” deyənlərə əsəbiləşdi - Video

Şou

04 Sentyabr 2024 13:23 424


“Məni yıxıb sürüdülər ki, bu necə qocalıb, nə günə düşüb. 50 yaşım var, oktyabrda 51 yaşım olacaq. Necə olmalıyam? Qırışlar təkcə məndədir? 50 yaşındakı qadının üzündə qırış olar da”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Almaniyaya köçən müğənni İlahə Fəda sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada deyib. 

Sənətçi üzündəki qırışlara görə onu tənqid edənlərə sərt şəkildə cavab verib:  pizza mizza

“Onlar öyrəşiblər müğənnini dodaqlarını, yanaqlarını şişirtsin, saçında ağ olmasın. Mən elə yalançı olmaq istəmirəm. Sevənlərimi aldatmaq istəmirəm. Həyatda da, səhnədə də beləyəm. Səhnəyə çıxanda bir az tuj, dodaq boyası çəkirəm. Sevənlərim məni belə tanısınlar. Özümü belə rahat hiss edirəm. Siz də sevdiyiniz müğənninin təbii halını görmək istəyirsiniz. Beləyəm, düşünmürəm ki, nə vaxtsa alnımdakı qırışları götürüm. Niyə edim? Onları mən qazanmışam”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!