İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

Dünya

15 Mart 2026 20:34 541


Məşhur tarixçi professor İlber Ortaylının illər əvvəl dilə gətirdiyi vəsiyyət yerinə yetirilib.

"Yeni Sabah" xəbər verir ki, İ.Ortaylının istəyinə uyğun olaraq onun ölüm xəbəri minarədən oxuyan səsindən təsirləndiyi imam-xətib Dursun Şahin olub.

Bildirilib ki, Ortaylı illər əvvəl Üsküdardakı Çinili məscidində xidmət edən Dursun Şahinin oxuduğunu eşidərək onunla tanış olmaq istəyib. Görüş zamanı tarixçi imamın səsindən və üslubundan təsirləndiyini bildirərək - "Səndə fərqli bir tərz var, kimdən dərs almısan?" - sualını verib. Dördpendirli pizza

Şahin isə musiqi dərslərini Amir Ateşdən aldığını deyib.

Söhbət zamanı Ortaylının Şahinə - "Mən ölsəm, elanı sən verəcəksən" - dediyi və bunu bir növ vəsiyyət kimi bildirdiyi qeyd olunur.

Martın 13-də vəfat edən tarixçinin bu istəyi illər sonra həyata keçirilib. İmam-xətib Dursun Şahin Ortaylı üçün minarədən dua oxuyaraq, camaatı cənazə namazına səsləyərək onun vəsiyyətini yerinə yetirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!