İlham Əliyev Albaniyaya işgüzar səfərə getdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Albaniyaya işgüzar səfərə getdi - Fotolar

Siyasət

15 May 2025 18:59 280


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gedib.

Yenisabah.az xəbər verir ki, Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Albaniya baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!