İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Siyasət

21 Dekabr 2024 10:20 447


Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkası zamanı baş verən faicəli hadisə ilə bağlı başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Prezidentinin məktubunda deyilir:

"Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm". Dördpendirli pizza

Qeyd edək ki, ötən gün Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 11 nəfər ölüb, 80-dək insan xəsarət alıb. Məlumata görə, avtomobili idarə edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!