İlham Əliyev Antalyada Gürcüstanın Baş naziri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Antalyada Gürcüstanın Baş naziri ilə görüşdü

Siyasət

11 Aprel 2025 20:45 138


Prezident İlham Əliyev aprelin 11-də Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında dostluğun və strateji tərəfdaşlığın tarixi xarakter daşıdığı qeyd olundu.

Bu ilin yanvarında Azərbaycana işgüzar səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayan Gürcüstanın Baş naziri həmin görüşlərdə iki ölkə arasında iqtisadi-ticari, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə, bununla bağlı aidiyyəti dövlət qurumlarına verilən tapşırıqların icrası istiqamətində görülən işlərə toxundu. Dominos pizza

İrakli Kobaxidze Prezident İlham Əliyevin bir neçə gün əvvəl ADA Universitetində beynəlxalq forumda çıxışı zamanı ikitərəfli əlaqələrə dair söylədiyi fikirlərin Gürcüstanda çox böyük maraqla qarşılandığını bildirdi.

Dövləti başçısı hazırda dünyada cərəyan edən təlatümlü şəraitdə Azərbaycan və Gürcüstanın birliyinin, həmrəyliyinin vacibliyinə toxunaraq Cənubi Qafqaz bölgəsində regional məsələlərin məhz region ölkələri tərəfindən həll olunmasının vacibliyini qeyd etdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!