İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlini qoydu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlini qoydu - Fotolar

Rəsmi

28 May 2021 21:27 1144


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfərə gəlib.

Yenisabah.az xəbər verir ki, dövlətimizin başçısı Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

Qeyd edək ki, bu layihə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir. Toyuqlu pizza

Məlumat verildi ki, 14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək yolun uzunluğu 44.5 kilometrdir.

Dövlətimizin başçısının tapşırığına əsasən bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Prezident İlham Əliyev yolun təməlini qoydu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!