İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Siyasət

03 Mart 2020 11:19 820


Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə təbrik məktubu ünvanlayıb. "Yeni Sabah" xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizi və dost Bolqarıstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, strateji tərəfdaşlıq əlaqələrimiz birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da güclənəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, xalqınıza daim sülh və rifah arzulayıram".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!