İlham Əliyev Boris Consonu təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Boris Consonu təbrik etdi

Siyasət

13 Dekabr 2019 18:41 910


Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonu yenidən bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

"Yeni Sabah" xəbər verir ki, təbrikdə deyilir:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Dördpendirli pizza

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Enerji sektorunda səmərəli fəaliyyətimiz xüsusi məmnunluq doğurur.

İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində Sizinlə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, məsul fəaliyyətinizdə uğurlar diləyirəm.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!