İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşdü

Siyasət

22 Yanvar 2020 16:36 1215


Prezident İlham Əliyev yanvarın 22-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, görüşdə TANAP layihəsinin artıq istifadəyə verildiyi, TAP-ın isə bu ilin axırınadək hazır olacağı qeyd edilib.

Söhbət zamanı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb. Prezident İlham Əliyev bunun çox mühüm layihə olduğunu bildirib. Toyuqlu pizza

Dövlət başçısı bu ilin fevralında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlər səviyyəsində görüşünün keçiriləcəyini qeyd edib.

Robert Dadli BP-nin öz fəaliyyətində ətraf mühitin qorunmasına daha böyük əhəmiyyət verəcəyini deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!