İlham Əliyev DTX ilə bağlı fərmana dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev DTX ilə bağlı fərmana dəyişiklik etdi

Siyasət

16 İyun 2020 18:43 6267


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Yenisabah.az xəbər verir ki, fərman “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar qanunun icrası məqsədilə imzalanıb. 

Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də dəyişiklik təsdiq edilib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!