İlham Əliyev fərman imzaladı

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev fərman imzaladı

Siyasət

11 Fevral 2020 15:23 1205


Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında Anlaşma Memorandumu təsdiq edilib.

"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında ötən il dekabrın 11-də Bakıda imzalanmış Anlaşma Memorandumu təsdiq olunub. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətinə bildiriş göndərəcək. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!