İlham Əliyev Fransa ilə münasibətlərdən danışdı:   “Məsələlər keçmişdə qaldı“

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Fransa ilə münasibətlərdən danışdı: “Məsələlər keçmişdə qaldı“

Siyasət

16 Oktyabr 2025 15:56 152


Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı.

"Yeni Sabah" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbulu zamanı səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələr arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. pizza

İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!