İlham Əliyev Goranboya getdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Goranboya getdi

Siyasət

03 Mart 2020 14:39 558


Prezident İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gəlib. "Yeni Sabah" xəbər verir ki, dövlət başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev İlham Əliyevə son vaxtlar rayonda görülən işlər barədə məlumat verib. *** İlham Əliyev Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!