“İlham Əliyev gözlədiyindən artığına nail oldu” – “Kommersant”

saytların hazırlanması

Evə çatdırılma

“İlham Əliyev gözlədiyindən artığına nail oldu” – “Kommersant”

Dünya

13 Oktyabr 2019 07:31 1039


“Kommersant” qəzeti MDB Dövlət Başçıları Şurasının iclasından bəhs edən reportajında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına cavab verən Ermənistan baş nazirinin gülünc vəziyyətə düşdüyünü yazır.

“Yeni Sabah” xəbər verir ki, qəzet Azərbaycan Prezidenti İlham Əliyevin Yerevanda Njdeyə heykəl qoyulması barədə söylədiklərinə Paşinyanın “səfeh cavabı”nı şərh edərək yazır: “Paşinyan cuşa gələrək Njdeni müdafiə etməyə başladı. Ancaq çox nahaq. Njdenin nasist Almaniyası ilə əməkdaşlıq etməsi barədə mübahisə etmək mənasızdır. İlham Əliyev gözlədiyindən artığına nail oldu. Bir masa arxasında oturanlar qarşısında həm Njdeni müdafiə edən, həm də Böyük Vətən Müharibəsində sovet xalqının Qələbəsinin 75 iliyinin təmtəraqla qeyd olunması barədə danışan Ermənistan baş naziri, yumşaq desək, heç də yaxşı görünmürdü”.

  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!