İlham Əliyev Hikmət Mirzəyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Hikmət Mirzəyevi təbrik etdi

Siyasət

08 Noyabr 2020 14:12 2500


Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib.

“Yeni Sabah” xəbər verir ki, Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib.

Dövlətimizin başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb. Sezar pizza

General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!