İlham Əliyev iki əks tərəfi bir araya gətirdi – İlk dəfə

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev iki əks tərəfi bir araya gətirdi – İlk dəfə

Siyasət

05 May 2020 16:22 6681


Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü siyasi gündəmin mühüm hadisələrindəndir. Yenisabah.az xatıladır ki, Zirvə görüşü dünyanı təhdid edən koronavirus pandemiyasına həsr olunub. 

Zirvə görüşündə ilk

Bu artıq İlham Əliyevin təşəbbüsü ilə keçirilən ikinci Zirvə görüşüdür. Bundan əvvəl, aprelin 10-da Türk Şurasının Zirvə görüşü baş tutub. Sammit həm də dünya miqyasında ilk dəfə olaraq dövlət başçıları səviyyəsində koronavirus pandemiyasının müzakirə olunduğu tədbir kimi yadda qalıb. Pepperoni pizza

Bu dəfəki Zirvə görüşünə gəlincə, İlham Əliyevin təşəbbüsü Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən yekdilliklə dəstəklənib. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunub.

Qoşulmama Hərəkatının Zirvə görüşündə bir ilk də yaşanıb. Avropa İttifaqı rəsmisi tədbirə qatılıb. Bu Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Avropa İttifaqı ilə Qoşulmama Hərəkatı bir-birilə əks qütblərdə dayanan təşkilatlar olsa da, Azərbaycanın səyləri nəticəsində koronavirus pandemiyasına qarşı onları bir araya gətirmək mümkün olub. Bu fakt Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artdığını göstərir.

Digər tərəfdən, Qoşulmama Hərəkatı BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin nümunəsi sayıla bilər.

Qlobal həmrəylik nümunəsi

Koronavirus pandemiyası dünya ölkələrində “özünəqapanma sindromu”nun yaranmasına səbəb olub. Halbuki indiki dönəmdə qlobal əməkdaşlığa güclü ehtiyac duyulur. Lakin müşahidələr göstərir ki, dünya ölkələri, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar yaranmış situasiyaya adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilmir. Belə bir şəraitdə İlham Əliyevin təşəbbüs irəli sürərərk “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirməsini xüsusi vurğulamaq lazımdır. Bu təşəbbüs nəticəsində dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirmək o qədər də asan deyil. 

Azərbaycan bununla bir daha nümayiş etdir ki, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlmək mümkündür.

Ölkə başçısı İlham Əliyev həm də qlobal həmrəyliyin nümunəsi kimi BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb. Bu da onu göstərir ki, Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir.

Dünya birliyinin Azərbaycana etibar və etimadı

40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və İlham Əliyevə olan inamın, etibarın və etimadın göstəricisi sayıla bilər.

Təsadüfi deyil ki, BMT-nin Baş katibi çıxışı zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinə belə bir görüşü təşkil etdiyinə görə təşəkkürünü bildirərək BMT-nin onun bu istiqamətdəki səylərini dəstəklədiyini xüsusilə vurğulayıb. Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunması da qeyd olunmalıdır. Qəbul olunmuş yekun bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə  İlham Əliyevə xüsusi təşəkkürün əksini tapması bunun bariz göstəricisidir.

Bu Zirvə görüşü ilə Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına Sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir.

Eyni zamanda dünya birliyinə bir daha aydın oldu ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Elə bu səbəbdəndir ki, Azərbaycanda koronavirusa yoluxma kütləvi xarakter almayıb. 

Azərbaycan həm də ilk gündən pandemiyaya qarşı qlobal həmrəylik çağırışlarına dəstək verib.

Azərbaycanın koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar həcmində könüllü maliyyə yardımı ayırması bunun bariz nümunəsidir.

Azərbaycan eyni zamanda pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırıb. Bu vəsait Azərbaycanla razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

Bundan başqa, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!