Son dövrlərdə Azərbaycanla İran arasında müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşıması məmnunluq hissi yaradır.
Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafla görüdə deyib.
O bunu əlaqələrimizin dinamik surətdə inkişafının təzahürü kimi qiymətləndirib. O, İslam Şurası Məclisi sədrinin Azərbaycana səfərinin bu əlaqələrin daha da inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib. Marqarita pizza
Azərbaycan Prezidenti iqtisadi-ticari, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub. Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayan İlham Əliyev bu dəhlizin Azərbaycana aid olan hissəsində yükdaşıma imkanlarının artırılması üçün ölkəmiz tərəfindən zəruri işlərin görüldüyünü deyib.
Dövlətimizin başçısı Ağbənd keçidinin inşası istiqamətində fəaliyyətin intensiv şəkildə həyata keçirildiyini və bu layihənin regionun nəqliyyat imkanlarının artırılmasına töhfə verəcəyini qeyd edib.
Prezident İlham Əliyev regional məsələlərin region ölkələri tərəfindən həll edilməli və bölgədənkənar qüvvələrin regiona müdaxiləsinin qəbuledilməz olduğunu dedi, 3+3 formatının əhəmiyyətini vurğulayıb.
Telegram kanalımız