İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi

Siyasət

01 Avqust 2025 11:30 260


Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Karin Keller-Sutteri ölkənin milli bayramı münasibətilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident, Dominos pizza

Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-İsveçrə münasibətlərinin dostluq məcrasında inkişafı və səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!