İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik etdi

Siyasət

07 Oktyabr 2020 16:29 1010


Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

Yenisabah.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Əlahəzrət, pizza hut

Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!