İlham Əliyev məhkumlarla bağlı qanunlara dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev məhkumlarla bağlı qanunlara dəyişiklik etdi

Siyasət

10 Aprel 2019 00:36 1214


Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklikləri təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun  8.2.3-cü maddəsində “etməlidir.” sözü “etməli;” sözü ilə əvəz edilib və aşağıdakı məzmunda 8.2.4-cü maddə əlavə olunub:

“8.2.4. müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikasının vətəndaşlarının məcburi dövlət daktiloskopik qeydiyyatını aparmalıdır.”. Pepperoni pizza

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 12.1.2-ci və 36.3-cü maddələrində “daktiloskopik” sözü “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom” sözləri ilə əvəz edilib.

Cəzaların İcrası Məcəlləsinə aşağıdakı məzmunda 11.6-cı maddə əlavə edilib:

“11.6. Məhkumlar “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatından keçirilirlər.”.

İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

“İnzibati qaydada həbs edilmiş şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilirlər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!