İlham Əliyev Moskva paradından niyə imtina etdi?   - DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Moskva paradından niyə imtina etdi? - DETALLAR

Siyasət

08 May 2025 20:27 3371


Prezident İlham Əliyev Moskvada keçiriləcək 9 May Qələbə Paradına qatılmamasının səbəbləri haqda yayılan informasiyalar kifayət qədər məntiqlidir.

- AZAL-ın təyyarəsinin vurulmasından beş ay keçməsinə baxmayaraq, Rusiyanın qənaətbəxş addım – istintaqın aparılması, günahkarların cəzalandırılması – atmaması;

- Rusiyadan Azərbaycana qarşı kiberhücumların edilməsinə aydınlıq gətirilməməsi; pizza sifarişi

- Və son olaraq, deputat Badamova qarşı atılan addım – Moskva hava limanında saxlanılması və deport edilməsi;

Son iki məsələ - kiberhücum və deputat Badamov üzərindən Azərbaycana qarşı atılan addım Moskvanın AZAL-ın təyyarəsinin vurulmasından sonra münasibətlərdə yaranmış çatların bərpasında maraqlı olmadığını, məsələləri təzyiq yolu ilə həll etmək düşüncəsindən əl çəkmədiyini göstərdi. Əliyev də Moskva paradında iştirakdan imtina etməklə Azərbaycanın “qırmızı xətlərini” nümayiş etdirir və AZAL-ın təyyarəsi ilə bağlı tələblərin arxa plana keçmədiyi mesajını verir.

Əslində Azərbaycan Prezidentinin 9 may paradında iştirak etməsi Bakının yox, Moskvanın istəyi idi. Rusiya prezidenti Vladimir Putinin martın 15-də Belarus prezidenti Aleksandr Lukaşenko və Tacikistan prezidenti Emomali Rəhmonla birlikdə Prezident İlham Əliyevə zəng etməsi də Azərbaycan liderini paradda iştiraka razı salmağa hesablanmışdı. Bu, Putinin təyyarə böhranından sonra Əliyevə ilk zəngi idi və belə görünürdü ki, Rusiya prezidenti dəvətinin geri çevrilməsi, yaxud Əliyevin AZAL-ın təyyarəsi ilə bağlı tələbləri irəli sürməsi ehtimalına qarşı Lukaşenko-Rəhmon ikilisini prosesə qoşub. Əliyev həmin telefon söhbətində dəvəti qəbul etdi, lakin mümkündür ki, Bakı diplomatik kanallarla Moskvaya təyyarə məsələsindəki tələblərinin yerinə yetirilməsi şərtini də irəli sürməkdə davam edib.

Bakı ilə münasibətlərin əhəmiyyəti, xüsusilə Əliyevin paradda iştirakının Rusiyanın beynəlxalq imicinin bərpası baxımından Moskvanın haqsız olduğu təyyarə böhranının həlli istiqamətində addım atması daha məntiqli olardı. Lakin Rusiyanın imperativ yanaşması dəyişmir: kiberhücum və azərbaycanlı deputatın deportasiya edilməsinin də Moskvanın Bakıya “AZAL-ın təyyarəsinin vurulmasını gündəmə gətirmə” mesajını təzyiq aktı ilə çatdırmağa hesablandığı istisna edilməməlidir.

Əliyevin Moskva paradında iştirak edib-etməməsi Azərbaycanın təyyarə böhranı ilə bağlı yanaşmasını ortaya qoyacaqdı. Əliyev imtina etməklə Azərbaycanın haqlı tələbindən geri addım atmadığını göstərdi.

Asif Nərimanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!